29 iyul 2013 13:09
Türkiyədəki futbolçularımız bir araya gəldilər (FOTO)
Türkiyədə çıxış edən azərbaycanlı futbolçuların klubları yeni mövsümün hazırlıqlarını davam etdirirlər. Azerisport.az xəbər verir ki, onların əksərinin komandası Boluda hazırlıq keçir.
Məhz bundan istifadə edən futbolçularımız görüşmək şansını da əldən qaçırmayıblar. Belə ki, “Denizlispor”da çıxış edən Arif İsayevlə Saşa Yunisoğlu, “Tavşanlı Linyitspor”a keçən Andrey Popoviçlə Usim Nduka, eləcə də “Orduspor”dakı Branimir Subaşiç bir araya gəliblər.
