29 iyul 2013 13:38

Per Olsson: Qarabağ cütün favoritidi

“Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi olan İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olssonun azerisport.az saytına müsahibəsi
 
- Etiraf edək ki, ilk oyunda Kipr “Anorthosis”sinə 0:3 hesabıyla uduzan “Gefle”nin “Qarabağ”a rəqib olacağını çox az adam gözləyirdi. Siz özünüz Azərbaycana gələcəyinizi gözləyirdiniz?
- Əlbəttə, ilk oyundakı məğlubiyyət bizim şanslarımızı çox azaltmışdı. Başa düşürdük ki, evdə bütün imkanlarımızdan maksimum istifadə etməliyik. Həmin matçın son 30 dəqiqəsində üç qol vurub, hər şeyi dəyişməyimizi heç vaxt unutmayacağam. Bu, bizim kiçik klubumuz üçün çox böyük uğur idi. Özü də həmin vaxt artıq “Qarabağ”ın Polşa “Piast”ı ilə heç-heçə edib, növbəti mərhələyə keçdiyini bilirdik.
 
- Yəqin ki, indi Bakıya necə gedəcəyiniz haqda düşünürsüz...
- Elə sizinlə danışarkən mən Bakıya səfər üçün müxtəlif variantlara abxırdım. Variantlar az, amma çox bahadı. Böyük ehtimalla İstanbula gedib, ordan Bakıya gələcəyik. Lakin məsələ burasındadı ki, Stokholmdan Türkiyəyə reyslər demək olar ki, tutulub. Hər halda lazımi instansiyalarla əlaqə saxlayıb, bu məsələdə bizə yardımçı olmalarını xahiş edəcəyik.
 
- İsveç çempionatının son turunda ikinci yerdə gedən “Malmö”yə 2 cavabsız qolla qalib gəldiniz. Bu, “Anorthosis” üzərindəki qələbənin gətirdiyi ruh yüksəkliyinin nəticəsidi?
- Kiprlilər üzərindəki qələbədən sonra uşaqlardan xahiş etdim ki, göydən yerə ensinlər. “Malmö” üzərindəki qələbə göstərdi ki, onlar mənim sözlərimi eşidiblər. İndi isə Azərbaycan klubu ilə oyuna hazırlaşırıq.
 
- “Qarabağ”ın oyunlarına baxa bilmisiz?
- Yalnız iki oyununu izləmişəm. Amma hələ rəqibi daha yaxşı analiz etməyə vaxtımız olmayıb. Fikrimcə, “Qarabağ”ın əvvəlki avrokubok mövsümlərində pley-off mərhələsinin püşkatması zamanı bəxti gətirsəydi, onlar qrup mərhələsində də çıxış edə bilərdilər. Necə də olmasa, Dortmund “Borussia”sı (Almaniya), Belçika “Brügge”si və Hollandiya “Tvente”si tamamilə başqa səviyyədi. İstənilən halda “Qarabağ”ın nəticələri bu komandaya hörmət tələb edir.
 
- Yəni siz onların “Piast”ı keçməsinə təəccüblənmədiniz?
- Xeyr. Mən “Qarabağ”ı öncədən də bu cütün favoriti hesab edirəm.
 
- Komandanız hazırda ölkə çempionatında 11-ci yerdə gedir. Sizin üçün Avroliqa daha vacibdi, yoxsa çempionat?
- Əlbəttə, bizə çempionatdakı vəziyyətimizi yaxşılaşdırmaq lazımdı. Amma Avropa Liqası da vacibdi. Özü də “Anorthosis” üzərindəki qələbə bizə daha böyük ruh yüksəkliyi qazandırdı. Eyni zamanda onu da etiraf etmək istəyirəm ki, sərəncamımda olan futbolçuların sayı iki cəbhədə də mübarizə aparmağa imkan vermir. Ona görə də müəyyən məqamda seçim etməliyik.
 
- Nə vaxta Azərbaycan komandalarına qarşı oynamısız?
- Xeyr. Heç vaxt. Bu, mənim üçün yeni təcrübə olacaq. Odu ki, “Qarabağ”la oyunları səbrsizliklə gözləyirəm. Rəqiblə müqayisədə elə də böyük təcrübəmiz yoxdu. Ona görə də cütün favoriti “Qarabağ”dı. Hansı ki, "Anorthosis"lə oyunlarda da beləydi (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.