29 iyul 2013 13:54
Gefle Bakıya nə vaxt gələcək?
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçin “Gefle” klubu Bakıya nə vaxt gələcəyini hələ tam dəqiqləşdirməyib. Azerisprot.az xəbər verir ki, isveçlilər Azərbaycana iyulun 30-dan 31-nə keçən gecə gəlməyi planlaşdırırlar.
Böyük ehtimalla “Gefle” Bakıda yalnız bir məşqə çıxacaq ki, bu da iyulun 31-də, oyunun keçirilməli olduğu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Baş məşqçi Per Olsson isə həmin gün jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qarabağ” – “Gefle” matçı avqustun 1-də keçiriləcək. Cavab görüşü isə bir həftə sonra səfərdə baş tutacaq.
