29 iyul 2013 14:17

İngiltərədəki uğurun təkrarı

Avstriyada təlim-məşq toplanışını başa vuran “Qəbələ” hazırlıqlarını uğurlu seriya ilə tamamladı. Azerisport.az xəbər verir ki, bu ölkədəki hər 3 yoxlama oyununda qələbə qazanan “qırmızı-qaralar” yay hazırlığını uğurla sona çatdırdı.
 
Beynəlxalq oyunlardakı 3 oyunluq qələbə seriyası əldə edən komanda Türkiyənin “Gənclərbirliyi” klubunu 3:1, Macarıstan “Zalaeqerseq”ini 3:0 məğlub etdikdən sonra Sloveniya təmsilçisi “Smartno”dan da güclü oldu – 2:1.
 
Beynəlxalq yoxlama oyunlarındakı belə seriya “Qəbələ” üçün rekord sayılır. Belə ki, ilk belə matçına 2006-cı ildə çıxan komanda öz tarixində bundan çox qələbəni sıralamayıb. İndiki nəticə 2011-ci ilin yayında əldə olunan uğurlu seriyanın təkrarıdır. 2 il əvvəl komanda İngiltərə toplanışının sonunda ardıcıl 3 matçda qalib gəlmişdi. Yerli klublardan “Sent Albans”ı 3:2, “Hayes Yeading”i 2:1 yenən “qırmızı-qaralar” “Luton Taun”u da 3:2 hesabı ilə üstələmişdi. Bundan sonrakı toplanışda – 2012-ci ilin qışında da “Qəbələ”nin uğurlu seriyası var. Lakin həmin vaxt əldə olunan ardıcıl 2 qələbədən sonrakı matçda komanda yalnız penaltilər seriyasında rəqibindən üstün olub.
 
Qeyd edək ki, tarixi ərzində 53 beynəlxalq yoxlama oyunu keçirən “Qəbələ” 23 qələbə qazanıb, 10 heç-heçə edib və 20 dəfə uduzub. Bu qarşılaşmalarda 81 top vuran komanda 62-ni buraxıb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.