29 iyul 2013 15:53
Yığmamız Latviyanı belə darmadağın etdi (VİDEO)
Xəbər verdiyimiz kimi, Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, latviyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb. Həmin görüşdən hazırlanmış videoreportajı təqdim edirik.
