29 iyul 2013 16:32
Sumqayıt iştirak ərizəsini PFL-ə təqdim etdi
“Sumqayıt” Topaz Premyer Liqasının 2013/2014 mövsümü üçün əsas komandanın sifariş vərəqəsini Peşəkar Futbol Liqasında təqdim edib. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun çalışdırdığı komanda yeni mövsümə 15 futbolçu ilə başlayacaq.
Onlardan üçü qapıçı, altısı müdafiəçi, dördü yarımmüdafiəçi, ikisi isə hücumçudu.
Lakin qeyd edək ki, bu, "Sumqayıt"ın tam heyəti deyil və əlavələr olacaq.
Qapıçılar: 1. Anar Nəzirov, 12. Elçin Sadıqov, 94. Tərlan Əhmədli;
Müdafiəçilər: 2. Slavik Alxasov, 4. Samir Abasov, 92. Bəxtiyar Həsənalızadə, 3. Vurğun Hüseynov, 21. Məhəmməd Mirzəbəyov, 5. Kərim Diniyev;
Yarımmüdafiəçilər: 8. Aqşin Muxtaroğlu, 76. Hüseynpur Mirzəağa, 25. Fərid Kərimzadə, 18. Aleksandr Çertoqanov;
Hücumçular: 11. Ruslan Nəsirli, 7. Pərdis Fərcad-Azad.
