29 iyul 2013 17:04
Rəvan Xəzər Lənkəranın sabiq oyunçusu və daha iki futbolçu ilə müqavilə imzalayır
“Rəvan”ın düşərgəində baxışda olan yeni futbolçuların aqibətinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bunlar İvan Pexa, Kamil Nurəhmədov və Elnur Abdulovdu.
Klubun rəsmi saytının yaydığı məlumata görə, bu gün baş tutan məşqdə onlar da fəal iştirakı ilə yadda qalıblar.
Hər üç futbolçu məşqçilər korpusunun etimadını doğrultduğundan onlarla yaxın günlərdə rəsmi müqavilə də imzalanacaq.
Qeyd edək ki, Elnur Abdulov son mövsümü "Qarabağ"da keçirmişdi. Kamil Nurəhmədov isə "Neftçi"də çıxış edirdi. Pexaya gəlincə, slovakiyalı futbolçunun son klubu Belarus "Neman"ı olub. 27 yaşlı futbolçu 2009-10 mövsümündə "Xəzər Lənkəran"da da çıxış edib.
