30 iyul 2013 18:26
Sumqayıtın Xəzər Lənkəranla oyununun başlama saatı açıqlandı
Topaz Premyer Liqasının 2013/14 mövsümünə start verilir. Azerisport.az xəbər verir ki, "Sumqayıt" ilk turda "Xəzər Lənkəran"ı qonaq edəcək.
Bu qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda avqustun 4-də saat 18:30-da start götürəcək.
Əvəzedcilər isə avqustun 3-də eyni saatda Sumqayıt İdman Mərkəzində rəqibini qəbul edəcək.
