30 iyul 2013 18:48

Rəvandan daha bir rəsmi transfer (FOTO)

2013/14 mövsümünə ciddi və iddialı hazırlaşan "Rəvan” daha 1 transfer rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Çili əsilli isveçli futbolçu Sebastyan Kastro-Telyo ilə müqavilə bağlayıb.
 
Sloveniya toplanışı çərçivəsində "Rəvan”a qoşulan və oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərən 26 yaşlı isveçli futbolçu ilə 1 illik saziş imzalanıb.
 
Qeyd edək ki, Kastro-Telyo İsveçin "Hammarbü” klubundan transfer edilib. Bir neçə il öncə yeni gənc tapıntılar üçün təsis olunmuş "Fotbollsgalan" nominasiyasında nominant olmuş Sebastyan İsveçin 21 yaşa qədər futbolçularından ibarət millisində də top qovub. U-21-də o, 11 oyuna 3 qol vurmağa nail olub.
 
Hazırda İsveçdə olan və Bakıya gəlməyə hazırlaşan Seba karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Amma o, yerli mətbuata açıqlamasında bundan narahat olmadığını dilə gətirib: "Azərbaycanda oynamaq, karyeramı bu ölkədə davam etdirmək mənim üçün çox maraqlı olacaq. Təbii, legioner həyatı yaşamaq istədiyimdən belə imkanı qaçıra bilməzdim. Bu üzdən də aldığım təklifi müsbət dəyərləndirdim. İlk dəfədir xaricə üz tuturam. Amma heç nədən çəkinmirəm. Düşünürəm ki, karyeramda hər şey yaxşı olacaq”.
 
Onu da bildirək ki, "Rəvan” buna qədər 8 rəsmi transfer həyata keçirmişdi. Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun – Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanovun keçidini həll edən komandamız bu gün daha erkən saatlarda Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə də müqavilə bağlamışdı. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.