30 iyul 2013 20:35
Con Toşak məşq keçdi, rəhbərlik izlədi (FOTOREPORTAJ)
Lənkərandakı bazasında “Sumqayıt”la görüşə hazırlaşan “Xəzər Lənkəran” bu gun saat 18:00-da günün ikinci məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, vətənindən geri dönən çalışdırıcı Con Toşak hazırlığa özü nəzarət edib.
Məşqin başlanğıcında ənənəvi toplantı zamanı komandanın futbolçuları baş məşçqiyə başsağlığı verilər.
Yağmurlu hava şəraitində keçən məşqi klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da kənardan izləyib. Komandanın məşqindən sonra isə klub rəhbərliyi baş məşqçi Con Toşakla görüşərək qarşıda həlli vacib olan problemləri birgə müzakirə ediblər.
