30 iyul 2013 20:54
Rəvan iştirak ərizəsinə 17 futbolçunun adını daxil etdi
Paytaxtın “Rəvan” klubu da Topaz Premyer Liqasının yeni mövsümü üçün ilkin sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu hələlik 17 futbolçunun adını sifariş ərizəsinə salıb.
Onlardan üçü qapıçı, üçü müdafiəçi, doqquzu yarımmüdafiəçi, ikisi hücumçudu.
Qeyd edək ki, paytaxt təmsilçisi hələlik bir neçə yeni transferini sifariş etməyib və qarşıdakı günlərdə onların da adının siyahıya salınması gözlənilir.
Qapıçılar: 1. Lukaş Sapela, 12. Fuad Əhmədov, 99. Murad Qənbərov;
Müdafiəçilər: 4. Nodar Məmmədov, 16. Orxan Lalayev, 21. Novruz Məmmədov;
Yarımmüdafiəçilər: 6. Ceyhun Cavadov, 7. Elvin Həsənəliyev, 13. Şəhriyar Rəhimov, 15. Anar Həsənov, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev;
Hücumçular: 14. Xuan Manuel Varea, 27. Bəxtiyar Soltanov.
