1 avqust 2013 01:41
Çempionlar Liqasında 3-cü mərhələ həyacanı: Fenerbahçe heç-heçə ilə başladı (YENİLƏNİB)
UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, əksər oyunlar ilk oyun günündə keçirilib.
İkinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”ni mübarizədən kənarlaşdıran Albaniya “Skenderbeu”su səfərdə Qazaxıstanın “Şaxtyor” klubu ilə üz-üzə gəlib. "Şaxtyor" "Neftçi"yə bu komandaya necə qol vurmaq lazım olduğunu darmadağınla göstərib. Qazaxıstan təmsilçisinin artıq Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin etdiyini demək olar.
İkinci oyun günündə isə Türkiyə təmsilçisi “Fenerbahçe” səfərdə “Salzburg”la qarşılaşıb. Görüşün son saniyələrində penaltidən vurulan qolla qardaş ölkə təmsilçisi məğlubiyyətdən qaça bilib.
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyunlar)
30 iyul
Şaxtyor (Qazaxıstan) - Skenderbeu (Albaniya) - 3:0
Qollar: Dzidiç, 8, Murtazayev, 79, Xijniçenko, 90.
Austria (Avstriya) - Hafnarfjordur (İslandiya) - 1:0
Qol: Royer, 25.
Dinamo (Tiflis, Gürcüstan) - Steaua (Rumıniya) - 0:2
Qollar: İanku, 64; 83.
Nomme Kalju (Estoniya) – Viktoria (Çexiya) - 0:4
Qollar: Çisovski, 2; 52, Duris, 77, Heyda, 90.
Basel (İsveçrə) - Maccabi (Təl-Əviv, İsrail) - 1:0
Qol: Stokker, 39.
Nordsjelland (Danimarka) - Zenit (Rusiya) - 0:1
Qol: Kerjakov, 49.
PAOK (Yunanıstan) - Metallist (Ukrayna) - 0:2
Qollar: Deviç, 43-pen; 72.
Dinamo (Zaqreb, Xorvatiya) - Sheriff (Moldova) - 1:0
Qol: Rukavina, 89.
PSV (Hollandiya) - Zulte Waregem (Belçika) - 2:0
Qollar: Depay, 61, Lokadiya, 75.
Olympique (Lion, Fransa) - Grasshopper (İsveçrə) - 1:0
Qol: Bisevaç, 64.
31 avqust
APOEL (Kipr) - Maribor (Sloveniya) - 1:1
Qollar: Qonçalves, 21- Morales, 64ş
Molde (Danimarka) - Legia (Polşa) - 1:1
Qollar: Çima, 29 - Dvalişvili, 68.
Ludogorets (Bolqarıstan) - Partizan (Serbiya) - 2:1
Qollar: Marselo, 53, Aleksandrov, 67 - Markoviç, 49.
Salzburg (Avstriya) - Fenerbahçe (Türkiyə) - 1:1
Qollar: Alan, 68 - Baroni, 90+4-pen.
Celtic (Şotlandiya) - Elfsborg (İsveç) - 1:0
Qol: Kommons, 76.
