31 iyul 2013 00:12

Yuri Fomenko: Bakının məni müqavilə bağladıqdan sonra yola salması xoş olmadı

AZAL-ın yeni transferi, ukraynalı hücumçu Yuri Fomenkonun azerisport.az saytına müsahibəsi
 
- Siz “Bakı”dan niyə ayrıldınız? Axı bu klubla bir illik müqavilə də imzalamışdınız...
- Həyatda hər şey bizim istədiyimiz kimi alınmır (gülür).

- Bəlkə Milinko Pantiçin futbol fəlsəfəsinə uyğun olmadığınıza görə yollarınız ayrıldı?
- Hər kəs futbola fərqli baxır. Futbolda belə olur. Burda ciddi heç nə yoxdu. Müqaviləyə xitam verdik və ayrıldıq. İndi isə AZAL-ın futbolçusuyam. Bu klubla da elə bir illik müqavilə imzalamışam.
 
- “İnter”də niyə möhkəmlənə bilmədiniz? Burda da baş məşqçi sizdən imtina etdi?
- Xeyr. Əksinə, orda qalmağımı istəyirdilər, özüm getdim.

- Niyə? “Bakı” daha çox pul təklif edirdi?
- Xeyr. Alacağım arasında elə də ciddi fərq yox idi. Sadəcə, nəyisə dəyişmək istəyirdim.
 
- “Bakı”dan bu addımına görə incimisiz?
- Əlbəttə, xoş olmadı. Lakin bu, artıq geridə qalıb.
 
- Hər halda qarşıda sizin onlara özünüzü göstərməyiniz üçün dörd şansınız olacaq...
- Bunu yalnız “Bakı” ilə oyunlarda isbatlamaq vacib deyil. Elə çempionatın hər oyununda öz oyunumla kimlərəsə nəyisə sübut etmək şansım olacaq.
 
- “Neftçi”nin Çempionlar Liqasında Albaniya “Skenderbeu”su ilə oyunlarına baxdınız?
- Bəli, əlbəttə. Uğursuzluqla üzləşdilər. Amma mən “Neftçi”nin yaxşı komanda olduğunu düşünürəm. Heyətində yaxşı ifaçılar var.
 
- Albaniya çempionu bu komandanın zəif tərəflərini sizə göstərdi. İlk turda qarşılaşacağınız bu komanda ilə oyunda “ağ-qaralar”ın həmin zəif cəhətlərindən yararlana biləcəksiz?
- Baxarıq, görək buna nə dərəcədə nail olacağıq. Komanda yeni mövsümə yaxşı hazırlaşıb. AZAL artıq ötən mövsümkü komanda deyil.
 
- Deməli, “Neftçi”dən xal ala bilərsiz?
- Çempionatda 10 komanda iştirak edəcək. Hər bir klub rəqibindən xal ala bilər. Yeni mövsümün maraqlı olacağını düşünürəm.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.