30 iyul 2013 12:31
Rəvan Simurqun istəyi ilə razılaşmadı
“Rəvan” “Simurq”un Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilməli olan görüşün Bakıda təşkil olunması təklifi ilə razılaşmayıb. Azerisport.az xəbər verir ki, əslində təqvimə görə bu komandalar ilk turda Zaqatalada üz-üzə gəlməlidilər.
Lakin hazırda Zaqatala şəhər stadionunda yenidənqurma və təmir işləri aparılır. Bu üzdən də “Simurq” rəhbərliyi “Rəvan”a müraciət edərək, bu komanda ilə oyunlarının yerinin təqvimdə dəyişdirilməsini xahiş edib. Yəni bölgə klubu ilk oyunun Bakıda, ikinci dövrədəki matçın isə Zaqatalada baş tutmasını istəyib. Paytaxt klubu isə onların bu istəyini qəbul etməyib. Baxmayaraq ki, Peşəkar Futbol Liqası da “Simurq”un bu təşəbbüsünü dəstəkləyirdi.
“Rəvan”ın imtinasından sonra “Simurq” indi başqa variantlar fikirləşir. Onların bu problemi yoluan qoyması üçün isə cəmi bir gün vaxtları var.
