31 iyul 2013 00:43
Arif İsayevlə Saşa Yunisoğlu heç-heçə ilə kifayətlənməli oldu
Futbol üzrə Azərbaycan yığmasının oyunçuları – Saşa Yunisoğlu ilə Arif İsayevin çıxış etdiyi Türkiyənin “Denizlispor” klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası Bolu toplanışı çərçivəsindəki son matçını “Adana Demirspor”a qarşı keçirib.
Saşa bu oyuna start heyətdə çıxıb. Arif isə sonradan mübarizəyə qoşulub.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
