31 iyul 2013 01:09
Tərlan Əhmədov: Qarabağ Gefle səddini də keçəcək
“Neftçi”nin baş məşqçisi funksiyasını yerinə yetirən Tərlan Əhmədov “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveç “Gefle”si ilə oyunlardakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Hamımız “Qarabağ”a azarkeşlik edəcəyik. Çoxları komandamızı favorit hesab edir. Amma mən futbolçularımızın arxayınlaşmasını istəməzdim. Hətta rəqib zəif olsa da belə, ona hörmətlə yanaşmaq lazımdı. Qurban Qurbanovun komandasına uğurlar arzulayıram. İnanıram ki, onlar “Gefle”ni keçəcəklər”.