31 iyul 2013 01:18

Pantiç: Düşmənlərimin sayı bundan sonra daha çox olacaq

“Bakı”nın baş məşqçisi Milinko Pantiçin azerisport.az saytına müsahibəsi
 
- “Bakı” çempionata nə dərəcədə yaxşı hazırlaşıb?
- Biz yaxşı toplanış keçirdik və demək olar ki, çempionatın startını gözləyirik. Amma sualınıza dəqiq cavab verə bilmərəm. Hər şeyi oyunlar göstərəcək. Bizim nə qədər güclü olduğumuzu hələ dəqiq müəyyənləşdirə bilməmişəm.
 
- İlk turda “Qəbələ” ilə qarşılaşacaqsız...
- Onların yaxşı heyəti var. “Qəbələ”nin zəif cəhətlərini bilirəm. Hər halda, onlarla oyuna hazırıq.
 
- Yuri Fomenko ilə Rəşad Abdullayev “Bakı”dan niyə ayrıldılar?
- Mən Bakıya gələndə onlar artıq komandada idilər. Onları mən dəvət etməmişdim. İstənilən halda onların zəif futbolçu olduğunu deməzdim.
 
- Onlarla söhbətiniz olmuşdu?
- Bəli. Fomenkoya bildirdim ki, mən daha çox Marius Pena ilə Rauf Əliyevə üstünlük verəcəm. Fomenko çətin ki, ehtiyatda qalmaq istərdi. Abdullayevin mövqeyində isə bizdə beş futbolçu varı. Onların hamısını eyni vaxtda oynada bilmərəm. Rəşadın da əvəzedici funksiyası ilə barışacağına inanmıram. Ona görə də onlara yeni klub axtarmağı məsləhət gördük.
 
- “Bakı”nı istədiyiniz səviyyəyə gətirmək üçün sizə nə qədər vaxt lazımdı?
- Heyətdə təmizləmə işləri davam etdirilir. Yəqin ki, bundan sonra düşmənlərimin sayı daha da artacaq. İndi biz üç legioner futbolçunun yolunu gözləyirik. Onlardan ikisi ispan, biri braziliyalıdı. Ad çəkməyəcəm. Təəssüf ki, mənim çox vaxtım olmadı. Bu üzdən istədiyim bütün oyunçuları kluba cəlb edə bilmədim. Mənə nə qədər vaxt lazım olduğunu dəqiq deyə bilmərəm. Amma çox tezliklə dəyişiklikləri görəcəksiz. Əgər ikinci il üçün də burda qalsam, onda may ayında öz heyətimi qura bilərəm.
 
- “Bakı”nın Nikolas Kanaleslə maraqlanması barədə xəbərlər doğrudu?
- O, bizim maraq dairəmizdə deyil. “Bakı” da onsuz da hücumçu mövqeyinə kifayət qədər oyunçu var.
 
- “Bakı”nın tez-tez baş məşqçi dəyişməsindən xəbəriniz var?
- İstənilən məşqçi kimi, mənim də çemodanım həmişə hazırdı.
 
- “Bakı”nın avqust ayında Madriddə “Atletico” ilə birgə turnirdə iştirak edəcəyinizi demişdiniz. Bu, qüvvədə qalır?
- Bizim bir neçə belə variantımız var. Amma hələ belə bir turnirdə iştirak etməyi planlaşdırmırıq. Hələ istədiyimiz komandanı yarada bilməmişik.
 
- Klub rəhbərliyi qarşınıza hansı vəzifəni qoyub?
- Mən klub prezidenti Hafiz Məmmədovun komandanın çempionluq uğrunda mübarizə aparmasını istədiyini bilirəm. Onu başa düşmək olar. Mən də iddialı insanam. Böyük uğurlar qazanmaq istəyirəm. Buna nail olmaq üçün hətta ailəmi Madriddə qoyub gəlməyə razı oldum.
 
- “Bakı”da intizam baxımından vəziyyət necədi?
- Heç bir problem yoxdu. Amma ilk günlərdə bəzi futbolçuların özlərini sanki hamıdan güclü, yaxşı hesab etdiyini müşahidə edirdim. Onları artıq yerlərində otuzdura bilmişik. “Bakı”da oyunçuların özlərini aparma qaydaları tətbiq olunmağa başlayıb. Cərimə sistemi olacaq. Əgər kiminsə pulu çoxdusa, onda qoy qaydaları pozsunlar. Klubun büdcəsinə əlavə pulun gəlməsi heç bir problem yaratmaz.

- Azərbaycanda işləmək sizə çətin olmayacaq ki?
- Mən artıq 22 ildi vətənimdən kənardayam, artıq alışmışam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.