30 iyul 2013 13:52
Qarabağın Gefle ilə oyunu canlı yayımlanacaq
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Gefle" (İsveç) oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa nümayiş etdiriləcək.
Qeyd edək ki, bu oyun saat 21:00-da başlayacaq.
Ağdam klubunun isveçlilərlə cavab görüşü isə bir həftə sonra baş tutacaq.
