31 iyul 2013 01:41
Mövsümün açılış turunun üç oyunu canlı yayımda!
Bu həftə Topaz Premyer Liqasının 2013/14 mövsümünə start veriləcək. Azerisport.az xəbər verir ki, ilk turun üç oyununu azarkeşlər canlı izləyə biləcəklər.
Belə ki, “İdman Azərbaycan” kanalı cümə günü mövsümün açılış matçı olan “Bakı” – “Qəbələ” oyununu canlı yayımlayacaq. Bu oyun saat 18:30-da start götürəcək.
Şənbə günü “Neftçi” – AZAL qarşılaşmasının canlı yayımlanması nəzərdə tutulub. Bu görüş 20:00-da başlayacaq.
Bazar günü isə azarkeşlər “İnter” – “Qarabağ” (20:00) matçını canlı yayımla izləmək fürsəti əldə edəcəklər.
