30 iyul 2013 15:59
Simurq da iştirak ərizəsini PFL-ə təqdim etdi
“Simurq” da Topaz Premyer Liqasının 2013/2014 mövsümü üçün əsas komandanın iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu sifariş vərəqəsinə hələlik 17 futbolçunun adını əlavə edib.
Onlardan üçü qapıçı, altısı müdafiəçi, altısı yarımmüdafiəçi, ikisi hücumçudu:
Qapıçılar: 1. Pavel Kapsa, 35. Amil Ağacanov, 94. Rəşad Əzizov;
Müdafiəçilər: 2. İlkin Qırtımov, 18. Tural Axundov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra;
Yarımmüdafiəçilər: 7. Ruslan Poladov, 6. Taqim Novruzov, 19. Orxan Səfiyaroğlu, 28. Nenad Kiso, 15. Stepan Polyak, 10. Rəşad Eyyubov;
Hücumçular: 9. Rövşən Əmiraslanov, 22. Salif Ballo.
