30 iyul 2013 16:50
Berti Foqts millinin heyətini Premyer Liqanın 2-ci turundan sonra açıqlayacaq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts gələn həftə yenidən Bakıya qayıdacaq. Azerisport.az xəbər verir ki, o, Topaz Premyer Liqasının ilk turunu buraxsa da, 2-ci turun bəzi görüşlərini stadiondan izləyəcək.
Almaniyalı mütəxəssis yığmanın heyətini də məhz həmin oyunlardan sonra açıqlayacaq.
Qeyd edək ki, Azərbaycan millisini avqustun 14-də Malta ilə yoxlama oyunu gözləyir.
