30 iyul 2013 16:37
Berti Foqts: AFFA-nın mənə əvəzləyici axtarması normaldı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AFFA rəhbərliyinin ona əvəzləyici axtarmağa başlamasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Postumu vaxtından öncə tərk edəcəyim haqda xəbərlər yalandı. Bizim DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bir neçə rəsmi oyunumuz, eyni zamanda yoldaşlıq matçlarımız var. Həmin oyunların hamısında texniki zonada olacağam. Azərbaycan millisinə yeni baş məşqçi axtarılmasına gəlincə, əgər geridə qalan altı il ərzində komanda heç bir titul qazana bilməyibsə, əvəzimdə başqa namizədlərin gözdən keçirilməsi normaldı. Mənim müqaviləmin müddəti ilin sonunda başa çatacaq. Ondan sonra biz yenə oturub, görülmüş işləri müzakirə edəcəyik”.