30 iyul 2013 17:03
Sumqayıt Xəzər Lənkəranla oyuna 4 itki ilə hazırlaşır
"Sumqayıt" Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Xəzər Lənkəran"la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında Mehdi Hüseynzadə adına stadionda məşq edir.
Zədəli olan Pərdis Fərcad-Azad, Orxan Əliyev, Mirzağa Hüseynpur və Samir Abasov fərdi məşqlərlə kifayətlənir.
