30 iyul 2013 17:24
Rəvan Simurqla oyuna Bayıl Arenada hazırlaşır
Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Simurq” ilə üz-üzə gələcək "Rəvan” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın bu günə nəzərdə tutulan iki məşqindən birincisi trenajor-zalda reallaşıb.
Futbolçuların əzələ kütləsini artırmağa yönəlik çalışmaları təxminən 1 saat davam edib.
Axşam saatlarında isə futbolçular yaşıl meydana çıxacaq. "Bayıl Arena”da artıq taktiki-texniki hazırlıq olacaq. (klub saytı)
