31 iyul 2013 18:35
Bakıdan iki rəsmi transfer açıqlaması (FOTO)
“Bakı” iki yeni transferini rəsmən açıqlayıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi xeyli müddətdi sınadığı Yure Travner və Georgios Pelagiasla 1 illik müqavilə bağlayıb.
Yure Travner 1985-ci ildə, sentyabrım 28-də Slovenianın Çelye şəhərində dünyaya gəlib. Futbolçu kimi karyerasına “Celje” komandasında başlayan Travner ardıcıl olaraq “Smartno”, “Dravoqrad”, “Sent Mirren”, “Ludogorets” və “Mura” klublarında çıxış edib.
Georgios Pelagias isə 1985-ci ildə, mayın 10-da Kiprin Nikosiya şəhərində dünyaya gəlib. Futbolçu kimi karyerasına “Olimpiakos Nikosiya” komandasında başlayan Pelagias ardıcıl olaraq “AO Kerkira”, “Atletiko Roma” və “Barletta” klublarında çıxış edib. 2011-ci ildə ilk dəfə Kipr milli komandasına çağırılıb.
