31 iyul 2013 20:47
Qurban Qurbanov: Gefle son matçlarda inamlı oyun sərgiləyir
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizi sabah güclü komanda ilə oyun gözləyir. “Gefle” son matçlarında öz oyununu tapıb və inamlı futbol sərgiləyir. İsveç klubu taktiki və fiziki cəhətdən çox yaxşı hazırlıqlıdı. Onların üç oyun variantı var. Ona görə biz diqqətli olmalıyıq”.
