31 iyul 2013 20:59

Qurban Qurbanov: Bizim üçün ilk matçda qol buraxmadan qələbə qazanmaq çox vacibdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
 
- Bizi sabah güclü komanda ilə oyun gözləyir. “Gefle” son matçlarında öz oyununu tapıb və inamlı futbol sərgiləyir. İsveç klubu taktiki və fiziki cəhətdən çox yaxşı hazırlıqlıdı. Onların üç oyun variantı var. Ona görə biz diqqətli olmalıyıq.
 
- Heyətlə bağlı hansısa dəyişiklik olacaq?
- Heyətlə bağlı problemlərimiz var. Vüqar Nadirov oynamayacaq. Həmçinin Reynaldo ilə Maksim Medvedevin də problemi var. Hər şeyə sabah aydınlıq gələcək. İstənilən halda, biz öz oyunumuzu sərgiləməyə çalışacağıq. Amma diqqətli olmağımız da vacibdi. Nəticənin necə olacağına baxarıq. İndi bircə onu deyə bilərəm ki, biz sadəcə qələbə qazanmaq istəyirik. Çünki ilk oyun bizim üçün çox vacibdi.
 
- Rəqib komanda hətta 0:3 hesabıyla uduzduğu oyunda da dönüş etməyi bacarır...
- Bizim hədəfimiz ilk oyunda qol buraxmadan qələbə qazanmaqdı. Bu, çox vacibdi. Ola bilər ki, oyun 0:0 bitsin. Bu da pis nəticə sayılmamalıdı. Amma qələbə qazanmağımız daha yaxşı olardı.
 
- “Qarabağ” Topaz Premyer Liqasının ilk turundakı “İnter”lə oyunun təxirə salınmasını istəmirsiz?
- Premyer Liqanın bütün oyunlarında iştirak etməyə çalışacağıq. Oynamaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.