31 iyul 2013 21:13

Per Olsson: Əsas hədəfimiz Bakıda qələbə qazanmaqdı

İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda keçirilən mətbuat konfransında öncə bunları dilə gətirib:
 
“Mən “Qarabağ”ın Makedoniya və Polşa klubları ilə oyunlarını görmüşəm. Bu, fərdi cəhətdən çox güclü komandadı. Müdafiədə də yaxşı oynayırlar. Heyətində təcrübəli futbolçuları çoxdu. Futbolçulardan Reynaldo ilə Riçard Almeydanı xüsusi qeyd edərdim. Çox təhlükəli oyunçulardı. Bizim üçün üçüncü təsnifat mərhələsinə çıxmaq uğurdu. Amma bu, hələ son deyil”.
 
İsveçli mütəxəssis iki komandanı müqayisə edərkən bunları söyləyib: “Etiraf edim ki, “Qarabağ”ın futbolçuları bizimkilərdən daha təcrübəlidilər. Bizim oyunçular avrokuboklarda bu qədər iştirak etməyiblər. Klubunuzda yığma üzvü olan oyunçular da var. Ona görə sizin klubun “Gefle”dən daha yüksək səviyyəli komanda olduğunu etiraf etməliyəm”.
 
Olsson Kipr “Anorthosis”i üzərində qazandıqları 4:0 hesablı gözlənilməz qələbələrindən də danışıb: “Əvvəlki mərhələdə biz “Anorthosis”ə ilk oyunda 3 cavabsız qolla uduzmağa layiq deyildik. Cavab oyunu öncəsi Avroliqa və çempionat matçları arasında seçim etməli idik. Avrokuboklara üstünlük verməyi qərara aldıq. Amma bu cür qələbə bizim özümüz üçün də sürpriz oldu".
 
- Bilirsiz ki, UEFA kiprlilərlə cavab matçınızı araşdıra bilər?
- Bu, çox güman ki, onlara çox qol vurmağımızla əlaqədardı. Onları da başa düşmək olar. Çünki avrokuboklarda belə qələbələr çoxdan idi olmurdu. Əgər elədisə, onda qoy UEFA “Malmö” ilə oyunumuzu da araşdırsın. Çünki onlar “Anorthosis”dən də güclüdülər. Fikrimcə, bu cür ittihamlar çox yersizdi.
 
- Bakıdakı oyunda sizi hansı nəticə qane edəcək?
- Əsas hədəfimiz qələbə qazanmaqdı. Lakin cavab oyununun olacağını da nəzərə alacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.