31 iyul 2013 22:16
Cavadovla İaşvili İnterə qələbə qazandırdı
“İnter” Topaz Premyer Liqasının yeni mövsümü ərəfəsində daha bir sınaq matçı keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb.
"Şəfa" stadionunda baş tutan qarşılaşma elita təmsilçisinin qələbəsiylə başa çatıb. “İnter” 2:0 hesablı qələbəyə sevinib.
Oyunda hesabı 47-ci dəqiqədə Vaqif Cavadov açıb. 80-ci dəqiqədə isə Aleksandr İaşvili komandasının ikinci qolunu vurub.
