31 iyul 2013 11:07
Qəbələ yeni mövsüm üçün iştirak ərizəsini PFL-ə təqdim etdi
“Qəbələ” Topaz Premyer Liqasının yeni mövsümü üçün ilkin sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib. Azerisport.az xəbər verir ki, bölgə klubu yeni mövsümə 25 futbolçu ilə başlayacaq.
Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, on ikisi yarımmüdafiəçi, üçü hücumçudu.
Qapıçılar: 1. David Petrkeviç, 25. Dieqo Kosta, 55. Cavidan Hüseynzadə;
Müdafiəçilər: 2. Rail Məlikov, 3. Nikola Valentiç, 5. Sadiq Quliyev, 6. Vladimir Levin, 15. Umar Kalaban, 34. Ürfan Abbasov, 84. Deyan Kelhar;
Yarımmüdafiəçilər: 4. Amid Quluzadə, 7. Tərzin Cahangirov, 8. Nizami Hacıyev, 9. Dodo, 14. Lorenzo Ebesilio, 17. Nuran Qurbanov, 18. İbrahima Niasse, 21. Elmar Baxşıyev, 22. Lurival Rodriqez Assis, 23. Şəhriyar Xəlilov, 33. Elvin Camalov, 42. Leonardo Souza da Silva;
Hücumçular: 9. Viktor Mendi, 11. Yannik Kamanan, 19. Abdulvahid Afolabi.
