31 iyul 2013 11:24
Öncə Qurbanov, sonra Olsson
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın İsveç “Gefle”si ilə ilk oyunu öncəsi bu gün komandalar sonuncu məşqlərinə çıxacaqlar. Azerisport.az xəbər verir ki, ilk olaraq “Qarabağ” oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq.
19:15-də “Qarabağ” mərkəzi arenada oyundan öncə sonuncu məşqini edəcək. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə saat 20:15-də start götürəcək.
İsveçlilər isə məşqə 21:00-da çıxacaqlar. Ona qədər “Gefle”nin baş məşqçisi Per Olsson 20:30-da media mənsublarının önünə çıxacaq.
