31 iyul 2013 11:49
Azərbaycan – Malta oyununa bilet satışı davam edir (FOTO)
Xəbər verdiyimiz kimi, avqustun 14-də, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Malta yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri "Bakcell Arena"nın kassalarında və 28 Mall Ticarət Mərkəzində əldə etmək olar.
Biletlərin qiyməti, VİP istisna olmaqla, bütün kateqoriyalar üçün 2 AZN, VİP sektorlara isə 10 AZN-di.
