1 avqust 2013 00:23
Cihan Özkara oynadı, Sivasspor uduzdu
Türkiyənin “Sivasspor” klubu Hollandiyada növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Roberto Karlosun baş məşqçisi olduğu komanda digər Super Liqa təmsilçisi “Kayseri Erciyesspor”la qarşılaşıb.
Qarşılaşma Kayseri təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu görüşdə futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara da çıxış edib. O, start heyətdə meydana çıxıb və birinci hissədən sonra əvəzlənib.
