31 iyul 2013 12:03

İqor Ponomaryov: Gefle zəif komanda deyil, amma favorit Qarabağdı

Futbol üzrə Azərbaycan yığmasının, eləcə də “Qarabağ” və “Xəzər Lənkəran” klublarının sabiq baş məşqçisi İqor Ponomaryovun azerisport.az saytına müsahibəsi
 
- Siz artıq çoxdandı İsveçdə yaşayırsız və yəqin ki, “Qarabağ”ın Avroliqadakı növbəti rəqibi – “Gefle” barədə daha çox məlumatınız var. Bu komanda haqda nələri açıqlaya bilərsiz?
- Əvvəllər onların büdcəsi cəmi 4 milyin idi. İndi isə 6-7 milyona qalxıb. Komandada legioner futbolçular azdı. Əsasən güc futboluna üstünlük verirlər. Rəqiblərini süni örtüklü meydançada qəbul edir. “Gefle”ni zəif komanda adlandırmaq olmaz.
 
- “Gefle”ni “Qarabağ”la müqayisə edə bilərsiz?
- “Qarabağ” cütün aşkar favoritidi. Ağdamlılar daha yaxşı top saxlayırlar, daha çox ötürmələrdən istifadə edirlər. Mən “Gefle”nin Bakıda açıq futbol oynamayacağına əminəm. Rəqib müdafiədən oynayacaq. Heç meydan sahiblərinin də çox açılacağını düşünmürəm. İlk oyunun nəticəsini əks-hücumlardan kimin daha yaxşı yararlanması həll edə bilər.
 
- Digər klublarımızın çıxışını izləyə bildiniz?
- İmkan daxilində izləməyə çalışdım.

- Artıq üç klubumuzun mübarizəni dayandırmasına münasibətiniz?
- Bu, futboldu, hər şey ola bilir. Məsələn, “Neftçi” “Skenderbeu”ya uduzdu. Mənə elə gəlir ki, “Neftçi” ötən mövsüm imza atdığı uğurdan sonra eyforiyaya qapılmışdı. Halbuki, ən azından həmin uğuru təkrarlamaq lazım idi. Təkrarlaya bilmədilər. Bu, o deməkdi ki, yerimizdə sayırıq. Bu cür maliyyə dəstəyi altında istənilən klubumuz inkişaf etməyə borcludu.
 
- Bəs “Xəzər Lənkəran”ın çıxışı haqda nə deyə bilərsiz?
- 0:8-dən sonra nə deyim? Başa düşürəm ki, heyətlə bağlı problem var idi. Bəzi futbolçular hazır deyildilər. Bəs onda bu baş məşqçi hara baxırdı, o, bu komandada nə üçündü? Komanda öz meydanında biabır olur, Toşaksa postunda qalır. İstənilən başqa baş məşqçini iki oyuna görə 0:10 hesabıyla uduzmasından sonra qovardılar. Mənim uelsli mütəxəssislə heç bir ədavətim yoxdu. Amma əgər nəticə yoxdursa, dəyişiklik qaçılmazdı.
 
- “İnter”in Norveç “Tromse”sinə məğlubiyyəti sizi təəccübləndirmədi?
- Burda da hər şey aydındı. Məndə belə bir təəssürat yaranıb ki, Azərbaycanda əcnəbi mütəxəssislərdən nəticə tələb olunmur.
 
- Yəni siz, bu klubun da əvvəlki səviyyəsində qaldığını düşünürsüz?
- Bunu nəticələr göstərir. Daha doğrusu nəticənin yoxluğu. Heç bir klubumuzda böyük dəyişiklik yoxdu. Yeni adlar gözə çarpmır. Klub prezidentləri hara baxırlar, bilmirəm. Halbuki, futbolun inkişafı üçün daha ciddi işlər görməyə borcludular.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.