31 iyul 2013 12:15
İnterin yeni mövsüm üçün sifariş vərəqəsi açıqlandı
“İnter” Topaz Premyer Liqasının yeni mövsümü üçün sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib. Azerisport.az xəbər verir ki, paytaxt klubu bütövlükdə heyətinə 27 futbolçu daxil edib.
Onlardan üçü qapıçı, onu müdafiəçi, onu yarımmüdafiəçi, dördü hücumçudu:
Qapıçılar: 1. Giorgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov;
Müdafiəçilər: 2. Azər Salahlı, 3. Saşa Salukvadze, 4. İvan Alexandro Benitez, 7. Ruslan Əmircanov, 15. Joao Paulo de Souza Dantas, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 29. Ruslan Cəfərov, 33. Matija Spiçiç, 87. Cəmil Hacıyev;
Yarımmüdafiəçilər: 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 8. Mikel Alvaro Salazar, 10. Daniel Genov, 11. Asif Məmmədov, 13. Mirsahib Abbasov, 14. İlqar Ələkbərov, 47. Abdulla Abatsiyev, 77. Flavio Bek Junior, 91. Coşqun Diniyev;
Hücumçular: 9. Aleksandr İaşvili, 17. Ramil Mansurov, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov.
