31 iyul 2013 12:28
Açılış turunun proqramı bəlli oldu
2013/2014-cü il futbol mövsümünə Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin çempionatı ilə start veriləcək. Azerisport.az xəbər verir ki, artıq mövsümün ilk turunun proqramı bəllidi.
1-ci turun oyun cədvəli aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
1-ci tur
1 avqust (cümə axşamı)
“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 18:30.
2 avqust (cümə)
“Neftçi” – AZAL
“Bayıl Arena” stadionu, 18:30.
“Simurq” – “Rəvan”
Qəbələ rayonu, Hacallı kənd stadionu, 18:30.
3 avqust (şənbə)
“Sumqayıt” – “Xəzər Lənkəran”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.
“İnter” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu, 18:00.
