1 avqust 2013 00:36
Xəzər Lənkəran ikitərəfli oyun keçirəcək
Premyer Liqanın 1-ci turu çərçivəsində avqustun 4-də “Sumqayıt”la səfərdə üz-üzə gələcək “Xəzər Lənkəran” mövsümün ilk matçına hazırlıq məqsədi ilə ikitərəfli yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, əvəzedici heyətdən 4-5 futbolçu əsas heyətə dəvət olunacaq və komanda iki hissəyə bölünəcək.
İkitərəfli oyunda Con Toşak müxtəlif taktiki gedişləri yoxlamaq niyyətindədi. Qeyd edək ki, bu oyun avqustun 1-də, saat 10:00-da stadionun yardımçı meydançasında baş tutacaq. (12-ci oyunçu)
