31 iyul 2013 12:36
Premyer Liqada ilk turun proqramı açıqlandı
Topaz Premyer Liqasında 2013/2014-cü il mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, üç gün ərzində keçiriləcək beş oyunun başlama vaxtları və keçiriləcəyi stadionlar aşağıdakı kimidi.
Maraq üçün bildirək ki, “Rəvan”ı öz meydanında qəbul edə bilməyən “Simurq” bu komanda ilə Qəbələdə qarşılaşmağa qərar verib.
Topaz Premyer Liqası
1-ci tur
2 avqust (cümə)
“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 18:30
3 avqust (şənbə)
“Neftçi” – AZAL
“Baksel Arena” stadionu, 20:00
“Simurq” – “Rəvan”
Qəbələ şəhər stadionu, 18:30
4 avqust (bazar)
“Sumqayıt” – “Xəzər Lənkəran”
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30
“İnter” – “Qarabağ”
Bakı. “Şəfa” stadionu, 20:00.
