1 avqust 2013 23:25
Abışov ehtiyatda qaldı, Rubin səfərdə qalib gəldi (YENİLƏNİB)
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı Rusiyanın “Rubin” klubu da bu turnirdə növbəti oyununa çıxı.
Həmyerlimizin komandası bu mərhələdə “Randers”lə mübarizə aparır. Kazanlılar ilk görüşü səfərdə keçiriblər. Görüş "Rubin"in qələbəsi ilə başa çatıb.
Bu görüşdə Ruslan Abışovun meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Baş məşqçi Kurban Berdıyev ona ehtiyat oyunçular arasında yer versə də, meydana çıxmasına şərait yaratmayib.
Qeyd edək ki, “Rubin” bundan əvvəlki mərhələdə Serbiyanın “Jagodina” klubunu mübarizədən kənarlaşdırmışdı. Abışov həmin oyunların heç birində iştirak etməmişdi.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
Randers (Danimarka) – Rubin (Rusiya) - 1:2
