1 avqust 2013 22:57
Elhadsız Petrolul hollandları məğlub edə bilmədi (YENİLƏNİB)
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı Rumıniyanın “Petrolul” klubu da bu turnirdə növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası bu mərhələdə “Vitesse” ilə mübarizə aparır. Rumınlar ilk oyunu evdə keçiriblər. Lakin "Petrolul" bu görüşdə heç-heçə ilə kifayətənməli olub.
Bu görüşdə Elhadın meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, futbolçumuz ümumiyyətlə bu görüşə sifariş olunmayıb.
Qeyd edək ki, “Petrolul” bundan əvvəlki mərhələdə Farer adalarının “Vikingur” klubunu mübarizədən kənarlaşdırmışdı. Nəziri həmin oyunların hər ikisində meydana çıxmaq şansı qazanmışdı.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
Petrolul (Rumıniya) – Vitesse (Hollandiya) - 1:1
