1 avqust 2013 22:53
Qarabağ Gefleni məğlub yola saldı (YENİLƏNİB)
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.
Komandamızın bu dəfəki rəqibi İsveçin “Gefle” klubudu. Avrokuboklarda ilk dəfə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanan və İsveç çempionatının autsayderlərindən olan rəqibi ilə müqayisədə daha böyük Avropa təcrübəsinə malik Ağdam klubu bu komandanı da keçməyə borcludu. Təmsilçimiz bu yolda ilk addımını uğurlu atdı və öz meydanında minimal hesablı qələbəyə sevindi. İndi qalır bu uğurun davamını səfərdə də gətirmək.
Xatırladaq ki, “Qarabağ” bundan öncə Makedoniyanın “Metallurg” (hər iki oyunda 1:0) və Polşanın “Piast” (2:1, 2:2) klublarını mübarizədən kənarlaşdırmışdı.
“Qarabağ”la “Gefle” arasındakı cavab görüşü bir həftə sonra İsveçdə keçiriləcək.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (ilk oyun)
1 avqust
Qarabağ - Gefle - 1:0 (0:0)
Qol: Reynaldo, 89 (1:0).
Baş hakim: Nikolas Rainville (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. "Qarabağ" ilk dəqiqələrdən təşəbbüsü ələ alıb
4. Oyunda ilk korneri komandamız qazanır. Amma bunu effektli şəkildə yerinə yetirmək mümkün olmur
10. "Gefle" hələ ki, müdafiə olunmaqdadı
11. Komadamızın təhlükəli hücumu zamanı rəqib müdafiəçi topu uzaqlaşdıra bilir
12. N.Yusifovun zərbəsi qapıdan yan keçir
13. Gelaşvili yüz faizlik qol şansından yararlana bilmir. O, topu üz-üzə qaldığı qapıçının düz üstünə vurdu
15. M.Medvedevin uzaqdan zərbəsi qapıdan yan keçir
17. İnanılmaz epizod! Gelaşvili qapıçı ilə üz-üzə qaldı, onu da aldatdı, amma topu boş qapıya göndərə bilmədi!
20. Komandamız oyuna tam nəzarət etsə də, yeganə çatışmayan qoldu
23. Almeyda və Gelaşvilinin qol vurmaq cəhdi yenə bəhrəsiz qalır
25. L.Corcun cinah ötürməsini Muarem qapıya göndərsə də, qapıçı topu tutur
28. Rəqib qapıçının həkim yardımına ehtiyacı var. Futbolçular isə su ehtiyaclarını ödəyirlər
32. Rəqibin təhlükəli hücumu zamanı Varvodiç topu tutur
33. M.Muarem zədələnir. Ümid edək ki, o, oyunu davam etdirə biləcək
34. Futbolçumuz yenidən meydana qayıdır və oyunu davam etdirəcək
36. Bu dəqiqələrdə oyunun tempi xeyli aşağı düşüb
39. Almeydanın uzaqdan zərbəsi qapıdan aralı keçir
42. Muaremin uzaqdan zərbəsi qapının üstündən keçir
43. Rəqib az qala hesabı açacaqdı. Amma çox təhlükəli hücum zamanı Varvodiç qapıda etibarlı oynayır
44. Aqollinin uzaqdan zərbəsi qapıdan yan keçir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "Qarabağ" ikinci hissəyə iki əvəzləməylə çıxır: Muaremi Çumbinyo, Gelaşvilini Kapolonqo əvəzləyir
46. "Gefle"də isə Lundeval yerini Oremoya verir
47. Qeyd edək ki, bu, yeni transfer olan Çumbinyonun Ağdam klubunda debüt matçıdı
50. Komandamız fasilədən sonra da təzyiqlərini davam etdirir
56. Çumbinyo möhtəşəm zərbə ilə çərçivəni nişan alsa da, son anda qapıçı əla reaksiya ilə qola imkan vermir
58. Daha bir inanılmaz qol şansını qaçırırıq! Aqollinin cinah ötürməsindən sonra tamamilə boş olan Leroy topa başla zərbə endirsə də, meşin yuvarlaq öncə yerə dəyib qapının üstündən çölə çıxır!
60. Almeydanın çox təhlükəli zərbəsi qapıdan azca aralı keçir
60. Kuryoz hadisə yaaşnır. Meydanı sulayan aparat qəfilədn işə düşür və buna görə hakim oyunu dayandırır. Problem tez bir zamanda aradan qaldırılır
62. "Gefle" oyunda ilk dəfə korner qazanır. Futbolçularımız topu uzaqlaşırmağı bacarırlar
66. "Qarabağ" daha bir korner qazanır. Uğursuz yerinə yetirilir
69. Komandamızda son dəyişiklik: N.Yusifov yerini Reynaldoya verir
70. "Gefle" tam olaraq müdafiəyə çəkilib və bu, komandamızın kəsərli hücumlar qurmasını çətinləşdirir
76. Qonaqların korner vuruşu zamanı Varvodiç topu tutur
77. İsveçlilərin heyətində M.Hanssonu Z.Abdulay əvəzləyir
79. "Qarabağ" daha bir korner qazanır. R.Sadıqovun zərbəsi qapıdan aralı keçir
81. Yenə korner qazanırıq. Aqollinin zərbəsi də hədəfə düşmür
83. Reynaldonun uzaqdan zərbəsi qapıdan aralı keçir
85. Medvedevin də qol vurmaq cəhdi bəhrəsiz qalır
87. Eyni epizodda Çumbinyo və Reynaldonun yaxın məsafədən zərbələrini qapıçı əla reaksiya ilə dəf edir
88. Kapolonqo da cərimə meydançası daxilindən qapıya dəqiq zərbə endirə bilmir. Bu gün inanılmaz qol epizodları boşa verildi!
89. QOOOOOOOOOOOOOOOOOOOOOOL! Reynaldo! Nəhayət ki, braziliyalı futbolçu Çumbinyonun ötürməsini qola çevirməyi bacardı - 1:0
90. Orlovu Y.Olsson əvəzləyir
90+2. "Qarabağ" korner qazanır. R.Sadıqovun yekun zərbəsi yaxşı alınmır
Matç başa çatdı
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 16. Leroy Corc, 20. Riçard Almeyda, 11. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 18. İlqar Qurbanov, 70. Çumbinyo, 6. Hacı Əhmədov, 88. Ulrix Kapolonqo.
GEFLE: 1. Mattias Huqosson (k), 2. Olof Mard, 4. Anders Vikström, 6. Par Asp, 14. Yens Portin, 16. David Fallman, 7. Aleksander Faltsetas, 8. Simon Lundevall, 19. Markus Hansson, 10. Yakob Orlov, 15. Mikael Dahlberq.
Ehtiyat oyunçular: 22. Emil Hedvall, 3. Yonas Olsson, 11. Sive Pekezela, 5. Zakariya Abdullay, 25. Yoahim Adukor, 9. Yohan Oremo, 20. Emil Bellander.
