31 iyul 2013 12:54
“Tənqid Azərbaycanda ən populyar idman növüdü”
“Bakı”nın baş məşqçisi maraqlı açıqlama ilə çıxış edib. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis azarkeşlərdən bütün tənqidləri mövsümün sonuna saxlamağı xahiş edib.
Saytımıza verdiyi müsahidə o, bunları söyləyib: “İstərdim ki, azarkeşlər həm məni, həm də komandanı mövsümün sonuna kimi dəstəkləsin. Bir qədər səbr etmək lazımdı. Tənqidlərinizi may ayına saxlayın. Ümidlərinizi doğrulda bilməsəm, o vaxt məni tənqid edərsiz. İndi isə bizə dəstək lazımdı. Hərdən mənə elə gəlir ki, tənqid Azərbaycanda ən populyar idman növüdü”.
