31 iyul 2013 13:03
Yığmamızın üzvü bu dəfə 64 dəqiqə oynadı
Türkiyənin “Eskişehirspor” klubu Avstriya toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın çıxış etdiyi komanda bu dəfə Macarıstanın “Sopron” klubu ilə qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Baş məşqçi Ertoğrul Sağlam millimizin üzvünə ilk dəqiqələrdən şans verib. Komandası məhz onun meydanda olduğu vaxt ərzində iki qol buraxıb (1 və 41-ci dəqiqələrdə). 64-cü dəqiqədə Ufuk əvəzlənib. “Eskişehirspor” isə 73 və 75-ci dəqiqələrdə iki qol vuraraq, məğlubiyyətdən qaça bilib.
