31 iyul 2013 14:05
Səkkizinci start
Bu həftə - avqustun 2-də Topaz Premyer Liqasında yeni mövsümün startı veriləcək. İştirakçı komandalar arasında yer alacaq “Qəbələ” tarixində 8-ci dəfə çempionatın mükafatları uğrunda mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, 2005-ci ildə “Gilan” adı altında yaranan komanda ilk mövsümdə çıxış etdiyi I dəstədə çempion olaraq güclülər sırasına yüksəldi. 2006/07 mövsümündə güclülər dəstəsində ilk mövsümünü keçirən komanda artıq 7 dəfə Premyer Liqada çıxış edib.
Elitadakı debüt mövsümü klubun tarixində ən uğursuz olub. Çempionatın gedişində 23 uğursuz seriya yaşayan “qırmızı-qaralar” 6 və 10 oyunluq qələbəsizlik seriyası yaşayıb. Təhlükəli zonadan son anda qurtulan komanda mövsümü 11-ci pillədə başa vurub. Növbəti çempionatda 6-cı olan “Qəbələ” son 4 matçda qalib gəlməməklə daha da irəliləmək imkanını qaçırdı. 2008/09 mövsümü isə uğursuz alındı. Çempionatın sonunda komanda yalnız 10-cu pillədə qərarlaşdı.
“Altılıq” sistemi ilə keçirilən son 4 çempionatda isə “Qəbələ” 5-ci pillədən yuxarı, 7-ci yerdən aşağı düşmədi. 2009/10 mövsümündə “Qızıl xallar”ın tətbiqi ilə keçirilən çempionat klub tarixində rekordla əlamətdar oldu. 5-ci olan "qırmızı-qaralar" növbəti il ilk “altılıq”dan kənar düşdü. Komandanın 7-ci olduğu 2010/11 mövsümündə quru seriyası ilə fərqləndi. Həmin vaxt “Qəbələ” ardıcıl 10 matçda qol buraxmadı.
2011/12 mövsümündə isə klub tarixinin ən yaxşı nəticəsi təkrarlandı. Çempionatı 5-ci yerdə tamamlayan komanda mövsümün gedişində ardıcıl 3 məğlubiyyət alaraq daha da yüksəlmək imkanını qaçırdı. “Altılıq” sistemi ilə keçirilən sonuncu – 4-cü mövsümdə də ilk qrupda yer alan “qırmızı-qaralar” yalnız 6-cı oldu. Mövsümün ikinci yarısında qeydə alınan 8 qələbəsiz oyun “Qəbələ”nin daha yüksək yerdə qərarlaşmasına mane olan əsas səbəb idi.
|
Mövsüm
|
yer
|
O
|
Q
|
H
|
M
|
TOP
|
X
|
|
2006/07
|
11
|
24
|
4
|
4
|
16
|
17-47
|
16
|
|
2007/08
|
6
|
26
|
11
|
3
|
12
|
33-36
|
36
|
|
2008/09
|
10
|
26
|
9
|
6
|
11
|
28-21
|
33
|
|
2009/10
|
5
|
32
|
13
|
10
|
9
|
36-36
|
49
|
|
2009/10, I mərhələ
|
|
22
|
10
|
6
|
6
|
24-21
|
36
|
|
2009/10, II mərhələ
|
|
10
|
3
|
4
|
3
|
12-15
|
13
|
|
2009/10, qızıl xallar
|
|
20
|
4
|
8
|
8
|
18-27
|
20
|
|
2010/11
|
7
|
32
|
13
|
12
|
7
|
31-18
|
51
|
|
2010/11, I mərhələ
|
|
22
|
8
|
7
|
7
|
19-14
|
31
|
|
2010/11, II mərhələ
|
|
10
|
5
|
5
|
0
|
12-4
|
20
|
|
2011/12
|
5
|
32
|
15
|
7
|
10
|
43-32
|
52
|
|
2011/12, I mərhələ
|
|
22
|
10
|
5
|
7
|
27-23
|
35
|
|
2011/12, II mərhələ
|
|
10
|
5
|
2
|
3
|
16-9
|
17
|
|
2012/13
|
6
|
32
|
10
|
8
|
14
|
32-40
|
38
|
|
2012/13, I mərhələ
|
|
22
|
9
|
5
|
8
|
26-27
|
32
|
|
2012/13, II mərhələ
|
|
10
|
1
|
3
|
6
|
6-13
|
6
|
|
Cəmi
|
|
204
|
75
|
50
|
79
|
220-230
|
275
|
