31 iyul 2013 15:48
Elnur Allahverdiyev: XL-da tək mən yox, komandanın bütün üzvləri cərimələnib
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına müsahibəsi
- Avroliqanın ikinci təsnifat mərhələsində İsrail “Maccabi”sinə 0:8 hesablı məğlubiyyətdən sonra özünüzü necə hiss edirsiz?
- Siz necə düşünürsüz? Bir oyunda 8 qol buraxan komandanın üzvü özünü necə hiss edə bilər? Hələ də başa düşə bilmirəm ki, bu, necə oldu.
- Siz necə düşünürsüz? Bir oyunda 8 qol buraxan komandanın üzvü özünü necə hiss edə bilər? Hələ də başa düşə bilmirəm ki, bu, necə oldu.
- Azərbaycan komandaları çoxdan idi bu qədər qol buraxmırdı...
- Buna alışmaq çox çətindi. Düzünü deyim ki, belə bir nəticə ilə üzləşdiyimizə görə utanıram.
- Sizin komandanı tərk edəcəyiniz haqda xəbərlər dolaşır. Bu, düzdü?
- Bütün bunlar boş söhbətlərdi. Mən “Xəzər Lənkəran”dayam, komanda ilə məşq edirəm.
- Bütün bunlar boş söhbətlərdi. Mən “Xəzər Lənkəran”dayam, komanda ilə məşq edirəm.
- Sizin oyundan sonra azarkeşlərlə münaqişə etdiyinizə görə böyük məbləğdə cərimə olunduğunuz deyilir...
- Hansı məbləğdə cərimələndiyimi bilmirəm. Amma bildiyimə görə, uğursuz nəticəyə görə bütün komanda cərimələnib.
- Komandanı artıq 4 futbolçu tərk edib. Yenə ayrılanlar olacaq?
- Bu barədə heç nə deyə bilmərəm.
- Komandada atmosfer necədi?
- Özümüzə gələ bilmirik. Çünki bu məğlubiyyəti səfərdə də yox, öz meydanımızda aldıq. Bu, uşaqlarına hamısına pis təsir edib. Con Toşak var gücü ilə komanda üzvlərini sakitləşdirməyə çalışır.
- Özümüzə gələ bilmirik. Çünki bu məğlubiyyəti səfərdə də yox, öz meydanımızda aldıq. Bu, uşaqlarına hamısına pis təsir edib. Con Toşak var gücü ilə komanda üzvlərini sakitləşdirməyə çalışır.
- Uelsli mütəxəssisin istefa verməməsi də birmənalı qarşılanmadı...
- Qoy danışsınlar. Ondan möcüzə gözləyirdilər? Toşak cəmi altı aydı burdadı. Ona bir qədər vaxt verilməlidi. Tez-tez məşqçi dəyişdirmək də olmaz. Fikrimcə, Toşak qalmalıdı. Əgər vaxt verilsə, o, burda yaxşı komanda yaracaq.
- “Maccabi”yə bu cür məğlubiyyətə səbəb nə oldu?
- Bu, tamamilə təsadüf idi. Kim təsəvvür edə bilərdi ki, “Xəzər Lənkəran” öz meydanında belə məğlubiyyətlə üzləşər? Biz o komanda ilə 10 oyun keçirsək, heç birində bu hesabla uduzmarıq.
- Bu, tamamilə təsadüf idi. Kim təsəvvür edə bilərdi ki, “Xəzər Lənkəran” öz meydanında belə məğlubiyyətlə üzləşər? Biz o komanda ilə 10 oyun keçirsək, heç birində bu hesabla uduzmarıq.
- Premyer Liqaya köklənmək çətin olmayacaq?
- Premyer Liqa özümüzü doğrultmaq üçün bir şansdı. Ünvanımıza səslənən tənqidlərin sayını azaltmaq üçün qələbə qazanmaq lazımdı.
- Premyer Liqa özümüzü doğrultmaq üçün bir şansdı. Ünvanımıza səslənən tənqidlərin sayını azaltmaq üçün qələbə qazanmaq lazımdı.
- İlk oyununuz “Sumqayıt”a qarşıdı. Hansı ki, bu komandanı dörd oyundu məğlub edə bilmirsiz...
- Bizim heç bir oyunumuz asan olmur. Şübhəsiz ki, mövsümə yaxşı başlamaq üçün 100 faiz gücümüzü meydanda qoymalıyıq. Qələbə qazanmağa məcburuq.
