31 iyul 2013 16:00
UEFA Qarabağın Gefle ilə ilk matçının hakimini dəyişdi: fransızı türk əvəzlədi
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Gefle" (İsveç) qarşılaşmasına təyinatda dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, fransalı referi köməkçisi Djemel Zituninin əvəzinə bu oyunda Türkiyəni təmsil edən Serkan Ok yan xətt hakimi funksiyasını yerinə yetirəcək:
Qarabağ - Gefle (İsveç)
1 avqust. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
Hakimlər: Nicolas Rainville (Fransa), Stephan Luzi (Fransa), Serkan Ok (Türkiyə), Sebastien Desiage (Fransa)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Hakim-inspektor: Kaj Natri (Finlandiya)
