31 iyul 2013 16:56
Ağasəlim Mircavadov: Qarabağ cütün taleyinə böyük ölçüdə Bakıda aydınlıq gətirməlidi
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveç “Gefle”si ilə ilk oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Fikrimcə, ağdamlılar artıq rəqibi analiz ediblər. Eşitmişəm ki, “Qarabağ”ın məşqçilərindən biri “Gefle”nin çempionatdakı son oyununu izləməyə gedib. Qurban Qurbanovun isveçlilərə qalib gələcək gücdə olduğunu düşünürəm. Amma bir şərtlə ki, Polşa “Piast”ı ilə Bakıdakı oyundan daha yaxşı çıxış etmək lazımdı. Yəni komanda daha da artırmalıdı. “Gefle”ni “Piast”la müqayisə etmək çətindi. Amma bu komanda Kipr “Anorthosis”inə 0:3 hesablı məğlubiyyətdən sonra 4 cavabsız qol vurub, mərhələ keçibsə, bu rəqibin ciddiliyindən xəbər verir. Ona görə də “Qarabağ” çox şeyə elə ilk oyunda aydınlıq gətirməyə çalışmalıdı”.