31 iyul 2013 17:10
Gefle - Qarabağ matçının başlama saatı açıqlandı
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək İsveç “Gefle”si ilə “Qarabağ” arasındakı cavab matçının başlama saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, İsveçdə keçiriləcək bu oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, avqustun 8-də oynanılacaq “Gefle” – “Qarabağ” matçı Sundsvaldakı “Norrporten Arena”da baş tutacaq. Oyunu isveçrəli referi Stefan Klossner idarə edəcək.
Bu komandalar arasındakı ilk oyun isə sabah Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
