31 iyul 2013 17:39

Mario Martines: Bakıda küçədə gəzmək mənim üçün çox qorxulu idi

“Bakı”nın ispaniyalı yarımmüdafiəçisi Mario Martines Rubio ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, paytaxt klubuna qışda transfer olunan futbolçu ölkəmizdə üzləşdiyi çətinliklərdən danışıb, digər maraqlı məqamlara toxunub:

“Azərbaycana alışmaq mənim üçün çətin oldu. İlk növbədə bu, yollardakı hərəkətlə bağlı idi. Buna uyğunlaşmaq mənim üçün mümkün deyildi. Bütün bunları görəndə çox heyrətlənmişdim. Küçədə getmək mənim üçün qorxulu idi. Bu qorxu hələ də keçməyib”.

Martines komandasında xoşuna gəlməyən daha bir məqamı açıqlayıb: “Hər səhər futbolçuların hamısı bir-biri ilə salamlaşırdı və mütləq öpüşüb-görüşməliydilər. Bu isə xeyli vaxt aparırdı”.

O, eyni zamanda yerli futbolçuların ibadətlə məşğul olmasına da toxunub: “Əksər yerli futbolçular üçün dini ayinləri yerinə yetirmək böyük əhəmiyyət kəsb edirdi. Onlar gündə 5-6 dəfə namaz qılırdılar. Bəziləri bunu hətta paltardəyişmə otağında edirdi. Həmin vaxtda onlara qətiyyən mane olmaq olmazdı”.
 
İspaniyalı futbolçu “Bakı”nın oyunlarına az azarkeş gəlməsindən də narazılığını dilə gətirib: “Bəzi oyunlara çıxanda adamda elə təəssürat yaranır ki, məşqə çıxırsan. Stadion beş min azarkeş tutumuna malikdi. Amma oyunlarımıza 300-dən çox azarkeş gəlmir. Özü də azarkeşlər oyuna gəlmək üçün heç bir avro da ödəmirlər. Oyunlara giriş pulsuz olur. Bunu eşidəndə daha çox təəccüblənmişdim”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.