1 avqust 2013 18:32
Millimizin üzvü Avstriya klubu ilə oyuna hazırdı (FOTOLAR)
Türkiyənin “Eskişehirspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün səhər Avstriyada növbəti məşqə çıxıb.
Vyana toplanışında Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da yaxından iştirak edir.
Ufukun komandası bu gün toplanış çərçivəsində növbəti matça çıxacaq. Belə ki, baş məşqçi Ertoğrul Sağlam komandasını Avstriya təmsilçisi “SK Wienerberg” ilə oyunda sınayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
